Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı
19 2024 15:34

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

Telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Baş nazir Məhəmməd Mustafanı bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb. Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi qəlbdən təbrik edib.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən "iki dövlət həlli"nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub.

Teledon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


2 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"

Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb.

2 May 2024
Cəmiyyət

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib

Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.

2 May 2024
Cəmiyyət

Mayın 5-də növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

2 May 2024
Cəmiyyət

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

2 May 2024
Cəmiyyət

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Tacikistanın “Somon Air” aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.